Şəmkirdə avtomobil piyadanı vurub


Digərləri 01 Dek 2021 21:25:00 202 0

Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Seyfəlli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili kənd sakinini vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun şəxsiyyəti dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.