Abdulovların mavi yanacaq arzusu


Digərləri 01 Dek 2021 18:08:00 289 0

Abdulovların mavi yanacaq arzusu

Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Dalan 17. Bu ünvanda yaşayan Abdulovlar ailəsi mavi yanacaq həsrətində olanlar sırasındadır.

Son.az Real TV-yə istinadən xəbər verir ki, artıq üç ildir ki, bura köçən ailənin ən böyük arzusu evlərinin qazlaşdırılmasıdır.

Sənan Abdulov deyir ki, ev tikmək üçün ərazi seçərkən burada infrastrukturun olub olmamasına diqqət yetirib. Qonşu evlər işıq, su və qazla təhciz olunduğuna görə arxayın olub və evini tikib. Amma vətəndaşın sevinci çox çəkməyib.

Qonşuluqda yerləşən demək olar ki, evlərin hamısı qazlaşdırılsa da, Abdulovlar ailəsi mavi yanacağa həsrət qalıb.