Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb


Dünya 01 Dek 2021 16:36:00 217 0

Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb

Dünyanın qəhvə bazarında vəziyyətin 2022-2023-cü illərdə çətin olacağı gözlənilir.

Son.az "Report"a istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda qəhvənin dekabr fyüçersləri 2,34 USD/pound səviyyəsinə çatıb. Bu da son 10 ilin ən yüksək həddidir. Bunun səbəbi tədarük zəncirlərinin qırılması, əlverişsiz havalar və tarlalarda çətin vəziyyətlə bağlıdır.

Bu il Braziliya qəhvə tarlalarının çoxdandır görülməmiş şaxta və quraqlıqdan ziyan çəkməsi bu məhsulun bahalaşmasına təkan verib. Həmçinin Vyetnamda koronavirusa yoluxmaların artması, Efiopiyanın isə daxili müharibə astanasında olması da bazardakı vəziyyətə böyük təsir göstərir.

Son.az