Wolt ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edəcək


Digərləri 01 Dek 2021 16:45:00 157 0

Wolt ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edəcək

Wolt şirkəti gələn ilin əvvəllərində Wolt Market-i təqdim edəcək - 30 dəqiqədən də qısa müddətdə ərzaq məhsullarını qapınıza çatdıracaq supermarket konsepti. İlk mağazalar Bakı şəhərində işə salınacaq və ilk əməkdaşların işə götürülmə prosesi artıq başlamışdır.

Əgər Bakıda yaşayırsınızsa, tezliklə Wolt tətbiqindən qapınıza çatdırılma ilə ərzaq məhsullarını sifariş edə biləcəksiniz. Ərzaq məhsullarının sürətli və rahat çatdırılmasına maraq getdikcə artmaqdadır və Wolt yeni supermarket konseptini test etmək üçün irəli addım atır.

2022-ci ilin ilk rübündə Wolt Bakıda müştərilərə geniş yemək və ərzaq məhsulları təqdim edəcək fiziki supermarketi istifadəyə verəcək. Xatırladaq ki, eyni zamanda siz Wolt platforması üzərindən 3-cü şəxs mağaza və supermarketlərdən də sifariş edə bilərsiniz (məsələn, Araz Supermarket, Neptun Supermarket və s.). Wolt tətbiqindən istifadə edərək, istifadəçilər 1500-dən artıq məhsul siyahısından seçim edə biləcəklər. Əsas məqsəd seçilən məhsullardan asılı olmayaraq çatdırılmanı 30 dəqiqə ərzində təmin etməkdir.

Wolt şirkətinin idarə heyətinin sədri Natalia Khizanishvili deyir: "Müştərilərimizin ərzaq çatdırılmasına marağı çox böyükdür və tələbat gündən günə artmaqdadır. Biz inanırıq ki, geniş mağaza seçimi təqdim edərək istifadəçilərimizə ən rahat çatdırılma təcrübəsi bəxş edə biləcəyik. Wolt Market artıq mövcud olan populyar partnyorlarımızın siyahısına möhtəşəm bir əlavədir və biz bu konseptin Azərbaycanda işə başlamasını səbirsizliklə gözləyirik".