Gürcüstanda son sutkada koronavirusdan 65 nəfər ölüb


Dünya 01 Dek 2021 15:12:00 79 0

Gürcüstanda son sutkada koronavirusdan 65 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 459 yoluxma halı qeydə alınıb, 65 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 850 102, ölənlərin sayı isə 12 119 nəfərə çatıb. Virusa yoluxanlardan 792 158 nəfərin sağaldığı bildirilir.