Filarmoniyada Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək


Digərləri 01 Dek 2021 15:22:00 155 0

Filarmoniyada Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

10 dekabr 2021-ci il tarixində saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək.

Anım gecəsində bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayev "Leyli və Məcnun" simfonik poeması, Soltan Hacıbəyov "Karvan" simfonik lövhələri, Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz " simfonik muğamı təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Son.az