Şəhidlərimizin cənazələri ailələrinə təhvil verilir


Digərləri 01 Dek 2021 10:31:00 182 0

Şəhidlərimizin cənazələri ailələrinə təhvil verilir

Dünən baş verən helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir.

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.