Nursultan Nazarbayev Prezident İlham Əliyevə başsağlığı verib


Siyasət 01 Dek 2021 11:03:00 83 0

Nursultan Nazarbayev Prezident İlham Əliyevə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlətimizin başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib. 

BakıŞamaxı yolunda yük avtomobili aşdı like
  • 01 Dek 11:00  
Digərləri BakıŞamaxı yolunda yük avtomobili aşdı

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

arrow Ətraflı
14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? like
  • 01 Dek 10:54  
Digərləri 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir?

Dünən baş verən qəzada adı "İşçi Nəbiyev" kimi keçən şəx

arrow Ətraflı
Şəbnəm o şəkilləri sildirmək istəyir like
  • 01 Dek 10:48  
Şou-biznes Şəbnəm o şəkilləri sildirmək istəyir

Müğənni Şəbnəm Tovuzlu bəzi media qurumlarını məhkəməyə verib.

arrow Ətraflı
Azərbaycan bu təhlükədən necə qorunmalıdır? like
  • 01 Dek 10:42  
Digərləri Azərbaycan bu təhlükədən necə qorunmalıdır?

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb

arrow Ətraflı
Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər like
  • 01 Dek 10:36  
Dünya Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər

Rusiyada əksəriyyəti hotellərdə, masaj salonlarında, depilyasiya edilən

arrow Ətraflı
Toydan sonra HƏQİQƏT ÜZƏ ÇIXDI: Gəlin ata evinə qayıtdı like
  • 01 Dek 10:33  
Dünya Toydan sonra HƏQİQƏT ÜZƏ ÇIXDI: Gəlin ata evinə qayıtdı

ABŞ-da toy mərasimindən sonra qız tərəfinin bəy barəsində öyrəndiyi h

arrow Ətraflı
Şəhidlərimizin cənazələri ailələrinə təhvil verilir like
  • 01 Dek 10:31  
Digərləri Şəhidlərimizin cənazələri ailələrinə təhvil verilir

Dünən baş verən helikopter qəzasında şəhid olanların cənazələri ail

arrow Ətraflı
Bu da Nadir Qafarzadənin like
  • 01 Dek 10:25  
Şou-biznes Bu da Nadir Qafarzadənin

Müğənni Nadir Qafarzadə evini göstərib.

arrow Ətraflı
Diktatordan yeni ərazi iddiası like
  • 01 Dek 09:58  
Siyasət Diktatordan yeni ərazi iddiası

Suriya parlamentinin dünənki iclasında Türkiyəyə qarşı ərazi iddiasın

arrow Ətraflı
Beyləqanda polis güllələndi like
  • 01 Dek 09:57  
Digərləri Beyləqanda polis güllələndi

Noyabrın 30-u saat 01 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kən

arrow Ətraflı
Emil Şahzadəyə ağır itki like
  • 01 Dek 09:54  
Şou-biznes Emil Şahzadəyə ağır itki

Aparıcı Emil Şahzadəyə ağır itki üz verib.

arrow Ətraflı
“Mi17” necə helikopterdir? like
  • 01 Dek 09:24  
Digərləri “Mi17” necə helikopterdir?

"Mi-17" helikopteri "Mi-8"in modifikasiyası olmaqla, NATO t

arrow Ətraflı
Laçına suyun verilməsi təmin edilib like
  • 01 Dek 08:57  
Digərləri Laçına suyun verilməsi təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uy

arrow Ətraflı
Küftəbozbaşın resepti like
  • 01 Dek 08:55  
Digərləri Küftəbozbaşın resepti

Son.az "Agababa Agababa" youtube kanalına istinadən oxucularına nö

arrow Ətraflı
Lirə 12 qəpiyə düşdü like
  • 01 Dek 08:53  
Digərləri Lirə 12 qəpiyə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələri

arrow Ətraflı