Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı... FOTO


Digərləri 30 Noy 2021 18:15:00 156 0

Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı...  FOTO

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

Son.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun dostu Elşad Qaraca feysbuk hesabında məlumat yayıb.

Statusun saatından aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.