Bakıda daha bir orta məktəb distant tədrisə keçib


Digərləri 30 Noy 2021 17:12:00 111 0

Bakıda daha bir orta məktəb distant tədrisə keçib

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, sözügedən məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.