Çavuşoğlu Azərbaycana başsağlığı verdi


Siyasət 30 Noy 2021 15:54:00 112 0

Çavuşoğlu Azərbaycana başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralananların tezliklə sağalmasını arzu edirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan hökumətinin və xalqının başı sağ olsun", - deyə M.Çavuşoğlu bildirib.