"Sən kimsən ki, azərbaycanlıların evlərini paylayırsan?"


Dünya 30 Noy 2021 14:20:00 200 0

"Sən kimsən ki, azərbaycanlıların evlərini paylayırsan?"

Ermənistanın tanınmış bloqeri və jurnalisti Roman Baqdasaryan ifşalarını davam etdirir. Bu dəfə o, daha çox "Qarabağ ermənilərinin dini lideri, arxiyepiskop Pargev" kimi tanınan Qurgen Martirosyanın kimliyini açıqlayıb.

Son.az bildirir ki, Qurgen Martirosyan onillər ərzində özünü "Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının rəhbəri" kimi təqdim edirdi.

Roman Baqdasaryanın açıqlamasını təqdim edirik:

"Azərbaycanlıları yox, özünüzü, öz keşişlərinizi müzakirə edin. Müharibə qurtaran kimi Qarabağdan qaçan keşiş Parqevdən danışın. Cənab Parqev, bəyəm siz müqəddəs ata deyilsiniz?! 1992-ci ildə Şuşa ələ keçiriləndə keşiş Parqev şəhərdəki mənzillərin kimlərə verilməsinə qərar verirdi. Sən, keşiş, azərbaycanlıların mənzillərinə soxularaq onları necə gəldi paylaya bilərsən?! Sən kimsən ki, azərbaycanlıların evlərini paylayırsan? Ona iki otaqlı, buna üçotaqlı mənzil...

Bəyəm keşiş bir zamanlar azərbaycanlı uşaqların güldükləri, qadınların öz övladlarını dünyaya gətirdikləri mənzillərə toxuna bilər?! Keşiş niyə bu işlə məşğul olmalıdır ki?!

Həqiqəti deməliyik. Sadəcə, qarabağlı generalların varlanması üçün Azərbaycanla müharibə etməməliyik. Xatırdadım ki, azərbaycanlılar Hadruta hücum edəndə erməni hərbçilər qarətçiliklə məşğul idilər, ermənilərin evlərini qarət edirdilər. Bunu Arsrun Ovvanisyan demişdi. İndi anladınız?!"