Kəndin altından gələn səs sakinləri qorxuya saldı:


Dünya 30 Noy 2021 14:00:00 142 0

Kəndin altından gələn səs sakinləri qorxuya saldı:

Türkiyənin Şanlıurfa vilayətinin Bozova kəndində qəribə hadisə baş verib.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, torpağın altından gələn səs kənd sakinlərində həyəcan yaradıb. Məlumata görə, ərazidə qazıntı işləri aparan sakinlər, üzləşdikləri mənzərə qarşısında heyrətə gəliblər. Onlar bir neçə gündür yoxa çıxan atın kanalizasiyada olduğunun şahidi olublar. Bildirilir ki, atın sərt həmlələri nəticəsində əmələ gələn səs kanalizasiya boşluğunda əks-səda doğurduğu üçün uzaq məsafədən eşidilib.

Bildirilir ki, atın düşdüyü kanalizasiyanın ətrafı beton olduğu üçün atı çıxarmaq olduqca çətin olub. Sakinlər betonu dağıdaraq atın boşluqdan çıxmasına şərait yaradıb.

Baytarın müayinəsi zamanı atın normal olduğu məlum olub.