Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub


Digərləri 30 Noy 2021 12:54:00 140 0

Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub

Bu ilin avqustundan etibarən zavodda yeni istehsal xətti fəaliyyətə başlayıb. COVİD-19 virusunun PCR üsulu ilə müəyyənləşdirilməsi üçün testlərin istehsalına başlanılıb. Bu günə qədər 20 mindən çox test istehsal olunub. Zavodun istehsal gücü illik altı milyon ədəddir. Günlük isə 20 min testdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Diamed Co" şpris istehsalı zavodunun həmtəsisçisi Aytən Quliyeva AzTv-yə açıqlamasında bildirib.

O qeyd edib ki, bu testlərin üstünlüyü qiymətinin aşağı olmasıdır.

"Yerli testlərin istehsalı ölkədə olan PCR testlərinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.Bu testlər eyni zamanda yanlış cavabların az olmasına səbəb olacaq. Bizim istehsal etdiyimiz testlərdən bir saat ərzində nəticə almaq mümkün olacaq".