Gürcüstanda daha 5 050 nəfər COVID19a yoluxub, 80 nəfər ölüb


Dünya 30 Noy 2021 13:06:00 173 0

Gürcüstanda daha 5 050 nəfər COVID19a yoluxub, 80 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 845 643, ölənlərin sayı isə 12 054 nəfərə çatıb. Virusa yoluxanlardan 788 201 nəfərin sağaldığı bildirilir.