Azərbaycanda 20222023cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb


Digərləri 30 Noy 2021 11:34:00 119 0

Azərbaycanda 20222023cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb

2022-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla 605 min barel/sutka səviyyəsində proqnozlaşdırılır, 2023-cü ildə isə bu göstərici 570 min barel/sutkayadək azalacaq.

Trend bu barədə ABŞ-ın "JP Morgan" bankının hesabatına istinadən məlumat verir.

2022-ci ildə rüblük hasilat hər rübdə 605 min barel/sutka həcmində proqnozlaşdırılır.

Proqnozlara əsasən, 2023-cü ildə Azərbaycan neft hasilatı birinci rübdə 601 min barel/sutka, ikinci rübdə 579 min barel/sutka, üçüncü rübdə 559 min barel/sutka, dördüncü rübdə isə 541 min barel/sutka təşkil edəcək.