Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı


Digərləri 30 Noy 2021 11:54:00 233 0

Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı

Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən Gürcüstan Respublikasından idxal edilən ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm ("Ditylenchus destructor Thor." - kartofun gövdə nematodu) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstan Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.