7 saat sonra istefa verən qadın yenidən


Dünya 30 Noy 2021 08:48:00 160 0

7 saat sonra istefa verən qadın yenidən

Maqdalena Andersson yenidən İsveçin Baş naziri seçilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni Baş nazir 175 səs çoxluğu ilə İsveç parlamenti (Riksdaqda) deputatları tərəfindən seçilib.

Lakin yeni Baş nazir son 15 ildə yalnız Sosial Demokratlar partiyasının olduğu birpartiyalı hökuməti idarə edən ilk partiya lideri olacaq.

Xatırladaq ki, noyabrın 24-də İsveçin siyasi həyatında bir neçə əlamətdar hadisə baş verib. Birincisi, Maqdalena Andersson İsveç tarixində Baş nazir vəzifəsinə seçilən ilk qadın olub.

Daha sonra həmin gün Riksdaqda ölkənin gələnilki büdcəsi ilə bağlı səsvermə keçirilib və burada sağçı müxalifətin layihəsi qalib gəlib. Həmin an hökumət koalisiyasına daxil olan Yaşıllar Partiyası buna cavab olaraq, sağçı partiyalarla razılaşdırılmış büdcə ilə ölkəni idarə etməyi təsəvvür edə bilmədiklərini əsas gətirərək, hökuməti tərk etdiklərini açıqlayıb.