Bu ölkədə peyvənd olunmayanlar


Dünya 30 Noy 2021 08:53:00 354 0

Bu ölkədə peyvənd olunmayanlar

Avstiyada koronavirusa qarşı vaksinasiyadan imtina edənlər cərimələnəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu yeni təklif olunan qanunda öz əksini tapıb.

Peyvənd olunmaq istəməyənlər 3,6 min avro məbləğində cərimə ödəməli olacaqlar.Cəriməni ödəməkdən imtina edən şəxs 4 ay müddətinə həbs oluna bilər. Hakimiyyət orqanlarının vaksinasiya olunmaq barədə iki bildirişinə məhəl qoymayanlar isə 7,2 min avro məbləğində cərimə olunacaq.

Qanun peyvəndlə əlaqədar həyat və sağlamlıqları üçün təhlükə olan şəxslərə, həmçinin hamilə qadınlara və 12 yaşınadək yeniyetmələrə şamil edilməyəcək.