“Rusiyalı diplomatlar ölkədən çıxarılmayacaq”


Dünya 30 Noy 2021 08:58:00 251 0

“Rusiyalı diplomatlar ölkədən çıxarılmayacaq”

"Rusiya diplomatları ABŞ-dan çıxarılmır".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter brifinqdə bildirib.

"Baş verənlər diplomatların ölkədən çıxarılması demək deyil. Təbii ki, Rusiya hakimiyyəti məlumat verib və onlar gedənləri bu yerlər üçün diplomatik korpusun digər üzvlərini tapmaqla əvəz edə bilərlər. Bu yeni prosedurlar cəza deyil", - Porter bildirib.

Onun sözlərinə görə, Rusiya amerikalı diplomatlara ilkin olaraq üç il müddətində qalmaq imkanı verir:

"ABŞ təxminən bir il əvvəl Rusiyaya məlumat verib ki, diplomatlar eyni qaydalara əməl edəcəklər".