Omikron ştammına yoluxmalar


Dünya 30 Noy 2021 08:17:00 155 0

Omikron ştammına yoluxmalar

Adıçəkilən ştamın ilk aşkar olunduğu Cənubi Afrika Respublikasında bu varianta yoluxmalar getdikcə artır.

Son.az APA-ya istinadən xəbər verir ki, Qautenq əyalətində yeni yoluxmaların əksəriyyəti "omikron" ştamının payına düşür. Bu virus artıq ölkənin digər regionlarına da yayılıb. Bu sözləri Prezident Siril Ramafosa xalqa müraciətində deyib. Yeni virus haqqında hələ ki, az məlumatın olduğunu deyən dövlət başçısı, "omikron" ştamının dünyada vaksinlərin qeyri-bərabər paylanmasına işarə olduğuna diqqət çəkib. O, hazırkı mərhələdə əlavə məhdudiyyətlərin tətbiq olunmayacağını diqqətə çatdırıb. Dövlət başçısı son günlərdə bir sıra Afrika ölkələrindən səfərlərə qoyulmuş qadağalara qarşı çıxıb.