Boyun sağlamlığa təsiri. Təəccüblü faktlar!


Digərləri 30 Noy 2021 08:21:00 118 0

Boyun sağlamlığa təsiri. Təəccüblü faktlar!

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olub ki, insanın boyu onun sağlamlığına təsir edir.

Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu  insanlarla müqayisədə daha çoxdur.

Hündürboylu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin  inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur.

Təbii ki, bu heç də o demək deyil, ki bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək.

Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.