Günün qoroskopu: İşgüzar məsələləri müzakirə etmək olar


Digərləri 30 Noy 2021 00:01:00 115 0

Günün qoroskopu: İşgüzar məsələləri müzakirə etmək olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir. Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.

Buğa - İşgüzar məsələləri müzakirə etmək olar. Özünə inam, inadcıllıq, əzmkarlıq nümayiş etdirənlər danışıqlarda uğur qazanacaqlar. Güclü şəxsiyyətlər heç bir təzyiqlə üzləşməyəcəklər. Şəxsi münasibətlərdəki ahəngdarlığa isə yağışdan sonra göbələk kimi artan illüziyalar mane olur. Nə qədər çox fantaziyaya qapılsanız, reallığa qayıtmaq bir o qədər çətin olacaq.

Əkizlər - günün birinci yarısı çox uğurlu keçir. Məhsuldar işləyir, mürəkkəb problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Nüfuzlu insanların rəğbətini qazana biləcəksiniz, onlar böyük həvəslə çətinlikləri aşmaqda sizə yardım edəcəklər. İntellektual potensialınızdan əlavə, məlahətiniz də güclüdür, işgüzar münasibətlər asanlıqla romantik məcraya yönəlir. Axşama doğru  isə vəziyyət dəyişəcək. Emosiyalarınız ağlınıza üstün gələcək və siz yersiz hərəkətlər edəcəksiniz. Tamahınızı yığışdırın, yoxsa sonra peşmançılıq çəkəcəksiniz.

Xərçəng - baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.

Şir -  günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz. Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.

Qız - səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Qoçlar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.    Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.  

Tərəzi - bu gün görülən işlərin əksəriyyətini gələcəkdə yenidən düzəltmək lazım gələcək. Günün ikinci yarısı ciddi fikir ayrılıqları gözlənilir. Ümumi iş görən insanlar mübahisə edir və layihələrin gələcəyini sual altına qoyurlar. Ailələrdə müxtəlif nəsillər arasında münaqişələr mümkündür.