Bakıya toy üçün gəlmişdi, klip çəkdirib


Şou-biznes 29 Noy 2021 17:18:00 132 0

Bakıya toy üçün gəlmişdi, klip çəkdirib

Türkiyəli müğənni Rafet El Roman ötən həftəsonu Bakıya gəlib.

Son.az Olay-a istinadən xəbər verir ki, paytaxtda toyların birində çıxış edən ifaçı ziyarətini ticarətə döndürmək qərarına gəlib. O, yeni klipini Bakıda çəkdirib.

Əldə etdiyimiz məlumata görə, klip Rafetin "Bir milyon yara" adlı mahnısı üçün ekranlaşdırılıb. Müğənninin qrimi Məsi Rəhmana (Mesi Rekhman), klipin rejissorluğu isə Bəxtiyar Ələkbərova həvalə olunub.