"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir


Dünya 29 Noy 2021 16:12:00 115 0

"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir

Koronavirusun "omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.

Sənəddə qeyd olunur ki, yeni ştamm yoluxma sayının kəskin artmasına və ciddi fəsadlara gətirib çıxara bilər.

"Bugünədək "omikron" ştammından ölüm faktı qeydə alınmayıb. Bununla belə, yeni ştamma yoluxma vaksin olunmuş şəxslərdə yüngül formada qeydə alına bilər", - ÜST-ün açıqlamasında deyilir.

ÜST "omikron" ştammı ilə əlaqədar dünya ölkələrini əhalinin vaksinasiyasını sürətləndirməyə çağırıb.

Son.az