Azərbaycanın bu ölkələrlə əlaqələri güclənir


Digərləri 29 Noy 2021 16:24:00 181 0

Azərbaycanın bu ölkələrlə əlaqələri güclənir

"Azərbaycanın Türkmənistan və İran islam Respublikası ilə qarşılıqlı qaz svop tədarükü ilə bağlı əldə etdiyi razılşama gözlənilən idi".

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycan, İran və Türkmənistan enerji sektorundakı əməkdaşlıq konteksində bütövlükdə iqtisadi və siyasi gündəlikdə olan məsələlərin həlli istiqamətində daha da yaxınlaşır:

"Ölkəmizdə enerjiyə və enerji daşıyıcılarına tələb xeyli dərəcdə artmaqdadır. Eyni zamanda Azərbaycanın qaz ixracatı ilə bağlı xarici öhdəlikləri var. Bu nöqteyi nəzərdən müəyyən hallarda qaz idxalı Azərbaycan iqtisadiyyatında ardıcıl və fasiləsiz enerji təminatı baxımından önəmlidir. 

Bununla yanaşı, bütövlükdə enerji sektorunun öz məntiqi və coğrafiyası var. Qazla zəngin ölkələr yalnız öz daxili resuruslarına istiqamətlənmir. Burada misal kimi İran islam Respublikasına göstərmək olar. Baxmayaraq ki, İran qaz ehtiyyatları nöqteyi nəzərdən dünyanın ən zəngin ölkələrindən biridir, amma İranın özündə də qaz yataqları qeyri-bərabər coğrafi nöqtələrdə yerləşməkdədir. Yəni İranın əsas qaz ehtiyyatları ilə zəngin bölgələri bu ölkənin cənubundadır. Şimal hissəsində isə Azərbaycanla həmsərhəd bölgələrində qaz tədarükü ilə bağlı qıtlıq ənənəvi hal alıb və belə olan halda Azərbaycandan İranın şimal bölgələrinə qaz ixracatı rəsmi Tehran üçün iqtisadi cəhətdən daha faydalı hesab oluna bilər. 

Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, 3 ölkə (Azərbaycan, İran, Türkmənistan) faktiki olaraq enerji sektorundakı əməkdaşlıq konteksində bütövlükdə iqtisadi və siyasi gündəlikdə olan məsələlərin həlli istiqamətində daha da yaxınlaşır və bu da bölgədə sabitliyin və inkişafın dayanqlı məzmun alması üçün olduqca önəmlidir. Bütövlükdə regional iqtisadi əməkdaşlıq regionda baş verəcək iqtisadi proseslər fonunda prioritet təşkil edəcək və bu, bölgədə yerləşən bütün dövlətlərin maraqları ilə uyğunluq təşkil edir".

Qeyd edək ki, dünən Aşqabadda baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan qazın svop tədarükü barədə razılaşma imzaladılar ki, bu müqaviləyə əsasən Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz tədarük ediləcək. 

Təhməz Əsədov Son.az