Afaq studiyada hər kəsi ağlatdı


Şou-biznes 26 Noy 2021 16:30:00 129 0

Afaq studiyada hər kəsi ağlatdı

Aparıcı Afaq Gəncəli "Təsir dairəsi" verilişində qonaq olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, proqrama eşitmə problemi olan və aparat almağa gücü çatmayan uşağın hekayəsi aparıcını göz yaşına boğub.

Afaq ailənin ehtiyacı olan 3 min manatı verəcəyini deyib və kövrəlib.

Proqramın aparıcısı Lalə Azərtaş həmkarının illər əvvəl övladını itirdiyini və həssas olduğunu deyib:

"Afaqı iki-üç gün əvvəl çağırmışdım, istəməzdim bu gün gəlsin. Allah Afaqın gül balasına rəhmət eləsin. İçimizdən gedən bir baladır. O, noyabrda dünyasını dəyişmişdi. Afaqı hava limanında qarşılamağımızı, onun çəkdiyini xatırlayıram".