Emilinin qarın əzələlərini təndiq etdilər


Şou-biznes 26 Noy 2021 15:48:00 151 0

Emilinin qarın əzələlərini təndiq etdilər

Dünya şöhrətli model Emili Ratajkovski instaqram hesabında "CFDA" dəb mükafatlarının təqdimat mərasimindən fotolar paylaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qarın əzələlərini nümayiş etdirən geyim tərcih etməsi modelin tənqidlərə tuş gəlməsinə səbəb olub. İzləyicilər bədəninin görüntüsünü bəyənmədiklərini bildiriblər.

Emili ünvanına gələn şərhlərə "Bu postu az qalmışdı paylaşmayacaqdım, çünki müzakirələrə səbəb olacağını bilirdim. Amma durun, bu mənim bədənimdir və buna görə məni utandırmağa çalışanlara boyun əyməyəcəyəm" -deyə, cavab verib.  

Qeyd edək ki, model 2018-ci ildə amerikalı aktyor Sebastian Bear MakKlardla ailə qurub. Onun bu evlilikdən Silvestr Apollo adlı oğlu var.