"İçəndə ona olan sevgimi hamıya danışıram"


Şou-biznes 26 Noy 2021 12:48:00 136 0

"İçəndə ona olan sevgimi hamıya danışıram"

"Misafir" serialında rol alan aktrisa Hazal Kaya "İbrahim Selim ile bir gece" proqramında qonaq olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı barədə danışıb. O, aktyor həyat yoldaşı Ali Ataya qarşı olan sevgisindən söhbət açıb:

"Çox aşiqəm. Bir az içəndə ona olan sevgimi hamıya danışmağa borclu kimi hiss edirəm. Ali belə şeylərə görə dəhşət utanır".

Kaya oğlu Fikrət doğulduqdan sonra həyatında çox şeyin dəyişdiyini və özünü daha cəsarətli hiss etdiyini deyib. Sənətçi qısqanc olduğunu da qeyd edib.