16 Noyabr döyüşünə görə Ermənistanda


Digərləri 26 Noy 2021 11:00:00 209 0

16 Noyabr döyüşünə görə Ermənistanda

16 Noyabr döyüşləri zamanı sərhəddəki döyüş mövqeyini itirdiyinə görə Ermənistanda bir zabit həbs edilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, döyüş başlayanda həmin mövqedə xidmət edən mayor 7 əsgərlə birlikdə qaçıb aradan çıxıb. Həmin mövqedə 11 əsgər əsir düşüb, daha iki əsgərin meyiti isə 17 və 19 noyabr tarixlərində erməni tərəfinə təhvil verilib. Döyüş mövqeyi isə Azərbaycan Ordusunun əlinə keçib.

Məhkəmə zabitin həbsi ilə bağlı təqdimata əsasən qərar çıxarıb və o, bu gün həbs edilib.