Rusiya türklərin ən böyük dövlətidir


Digərləri 26 Noy 2021 11:36:00 110 0

Rusiya türklərin ən böyük dövlətidir

Soçidə bu gün baş tutacaq görüş çox önəmlidir, çünki son görüşdən 10 aydan çox vaxt keçib, bu müddət ərzində Azərbaycanın haqlarının pozulmasına dair çoxlu sayda faktlar var. Bunu Rusiya da çox yaxşı bilir.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür:

"Hazırda Ermənistanın terror hərəkətlərinin, Qarabağda rus sülhməramlılarının arxasında gizlənərək siyasi ehtirasları qızışdırmasının, Zəngəzur dəhlizindəki müəyyən fəaliyyətlərinin bir səbəbkarı da Rusiyadır. Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya bəyanat ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. Rusiya Qarabağda sülhməramlıların fəaliyyət göstərdiyi yerlərdə Azərbaycanın haqlarını qorumalı, Ermənistanın Qarabağa iddialarının, bu istiqamətdə fəaliyyətlərinin, eyni zamanda sərhəd təxribatlarının qarşısını almalı, həm də Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalıdır".

Ekspert Ermənistan və Azərbaycan arasında sülhə qədər bütün proseslərin hüquqa uyğun şəkildə irəliləməsinin bütün bölgə ölkələrinin, xüsusilə Rusiyanın xeyrinə olacağını vurğulayıb: