ProMete bədbəxt hadisənin görüntülərini yaydı VİDEO


Şou-biznes 25 Noy 2021 03:33:00 139 0

ProMete bədbəxt hadisənin görüntülərini yaydı  VİDEO

Tanınmış reper ProMete-nin ( Pərviz İsaqov) anasının xəsarət aldığı ərazinin görüntüləri yayılıb.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi anasının ayağına düşən ağacın yerini və onun xəstəxanaya aparıldığı anların videosunu "Təsir dairəsi" verilişinə təqdim edib.

Sözügedən proqramda qonaq olan Pərviz ağacın illərlə içinin oyulduğunu, yalnız qabığının qaldığını bildirib.

Qeyd edək ki, reperin anasının üzərinə ağac noyabrın 10-da güclü külək nəticəsində düşüb. Onun ayağı topuqdan aşağı kəsilib.