Günün qoroskopu: Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də...


Digərləri 25 Noy 2021 00:01:00 59 0

Günün qoroskopu: Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur. Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala bilərsiniz.

Buğa - Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək. Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər. 

Əkizlər - Rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq. Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.

Xərçəng - Mövqeyinizi qorumaq üçün qətiyyət göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq həlledici rol oynaya bilər. Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik münasibətləriniz yarana bilər.

Şir -  Ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Şirlər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər. Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

Qız - Çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək. Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.  

Tərəzi - Sizin üçün yeni, maraqlı imkanlar yaranır. Xoşbəxtlikdən, kifayət qədər təcrübəniz və özünüzə inamınız var və onlardan düzgün istifadə edərək şansınızı qaçırmırsınız. Müxtəlif xarakterli gözlənilməz təkliflər almağınız mümkündür. Bunların arasında evlilik təklifi də ola bilər. Qətiyyətli olun: nə etmək lazım olduğunu intuisiyanız sizə deyəcək.   İnsanlar arasında olmaq, ictimaiyyətin həyatında iştirak etmək zamanıdır. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlar tapmaq imkanı sizi sevindirəcək. Ekstravaqant hərəkətlərdən çəkinin.

“Paşinyan Somalinin Baş naziri olmağa da layiq deyil” like
  • 24 Noy 23:50  
Dünya “Paşinyan Somalinin Baş naziri olmağa da layiq deyil”

"Dünən sınmış, tamamilə çıxılmaz vəziyyətdə olan, vəziyyətə

arrow Ətraflı
Slovakiyada pandemiya ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib like
  • 24 Noy 23:45  
Dünya Slovakiyada pandemiya ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib

Slovakiyada noyabrın 25-dən etibarən 90 gün müddətinə fövqəladə rejim

arrow Ətraflı
Rusiyada yeniyetmələr üçün COVIDə qarşı peyvənd təsdiq edilib like
  • 24 Noy 23:34  
Dünya Rusiyada yeniyetmələr üçün COVIDə qarşı peyvənd təsdiq edilib

Rusiya Səhiyyə Nazirliyi yeniyetmələr üçün koronavirus peyvəndini qeydə

arrow Ətraflı
Şuşa azad ediləndən sonra Xankəndində cəmi 7 nəfər qalıb... like
  • 24 Noy 23:30  
Digərləri Şuşa azad ediləndən sonra Xankəndində cəmi 7 nəfər qalıb...

Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndə və Rusiya sülhməramlıl

arrow Ətraflı
Fransa sahillərində qayığın batması nəticəsində 27 miqrant həlak olub like
  • 24 Noy 23:00  
Dünya Fransa sahillərində qayığın batması nəticəsində 27 miqrant həlak olub

Böyük Britaniyaya çatmaq üçün La-Manş boğazını keçməyə çalışan q

arrow Ətraflı
Suriyada düşərgədə saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb  XİN like
  • 24 Noy 22:44  
Siyasət Suriyada düşərgədə saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb XİN

2021-ci ilin 24 noyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəh

arrow Ətraflı
Moskvada erməni polis zabiti tutuldu  FOTO like
  • 24 Noy 22:40  
Dünya Moskvada erməni polis zabiti tutuldu FOTO

Moskva vilayətindəki Dolqoprudnı şəhərinin polis idarəsinin şöbə rəis

arrow Ətraflı