Gündəlik 3050 dollar xərclə gəzibdolaşmaq üçün dünyanın ən ucuz 10 ölkəsi haradır?


Dünya 24 Noy 2021 22:55:00 173 0

Gündəlik 3050 dollar xərclə gəzibdolaşmaq üçün dünyanın ən ucuz 10 ölkəsi haradır?

Gündəlik 30-50 dollar arasında xərclə gəzib-dolaşmaq üçün dünyanın ən ucuz 10 ölkəsinin adı açıqlanıb. Son.az aviatravel.az-a istinadən bildirir ki, Freebirds jurnalı, Türkiyəni 2022-ci ildə Avropadakə 3 ən ucuz ölkədən biri olaraq göstərib.

Türkiyəni Asiya ilə Avropa arasında bir yer kimi tanıdan "Freebirds" jurnalı yazıb:

"Bu ölkə, ecazkar tarixi binaları ilə məşhurdur. Çoxəsrlik Bizans və Osmanlı mədəniyyətini göstərir. Türkiyədə kəşf etmək üçün çox maraqlı yerlər tapacaqsınız. Qədim xarabalıqlardan, ləzzətli yerli yeməklərdən gözəl çimərliklərə qədər. Həmçinin, Kapadokya romantik bir qaçış üçün mükəmməl yerdir. İsti hava şarları turistləri Türkiyənin gözəlliklərini dadmağa gətirir. Göydən Kapadokiyanın möhtəşəm mənzərəsi ürəyinizi isidəcək. Səyahət etmək üçün ən ucuz ölkələr siyahısında bu ölkəni qaçırmaq olmaz". Bu sırada gündəlik 30-60 dollarla Rumıniya, 20-40 dollarla Gürcüstan da yer tutur. Freebirds jurnalının bələdçisində digər ölkələr belədir:

Asiyada: İndoneziya 25-50 dollar

Vyetnam 25-45 dollar

Pakistan 20-70 dollar

Latın Amerikasında: Meksika 40-60 dollar

Boliviya 25-45 dollar

Afrikada: Mərakeş 40-60 dollar

Misir 30-70 dollar

Türkiyəni 2021-ci ilin ən ucuz turizm ölkələrindən biri kimi qeyd edən başqa bir sayt olan skyscanner.net də 9 ən ucuz gecələmə yeri bələdçisinə daxil olan Türkiyə üçün gecəsi 44 lirəyə yaxşı oteldə qalmağın mümkün olduğunu bildirib. Digər 8 ölkənin bir gecəlik qiymətləri aşağıdakı kimi göstərilib: