İnfarkt zamanı ilk 60 dəqiqə "qızıl saat" adlanır Uzman kardiocərrah


Digərləri 24 Noy 2021 22:15:00 128 0

İnfarkt zamanı ilk 60 dəqiqə "qızıl saat" adlanır  Uzman kardiocərrah

İnfarktın erkən diaqnozu və müalicəsi ürəyin zədələnmə dərəcəsini azaldır.

Son.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.

Həkim qeyd edib ki, infarkt diaqnozu qoyulmazdan əvvəl, yalnız şübhə olduqda belə müxtəlif müalicə üsulları tətbiq edilir.

-Trombolitik terapiya

Damarda əmələ gələn laxtanı həll etmək üçün damar vasitəsilə antikoaqulyant dərmanların yeridilməsi üsuludur. Bu dərman müalicəsi infarktdan sonra ilk 6 saat ərzində təsirli olur və diaqnoz qoyulan kimi aparılmalıdır.

- Perkutan koronar müdaxilələr

Tıxanmış və ya daralmış damarları açmaq üçün qeyri-cərrahi üsuldur.

İnfarktdan sonra həkim davamlı olaraq aşağıdakı dərmanlardan birini və ya bir neçəsini istifadə etməyi tövsiyə edə bilər.

- ACE inhibitorları

ACE inhibitorları qan təzyiqini aşağı salan və ürək əzələsinə təzyiqi azaldan dərmanlardır.

- Qan durulaşdırıcılar

Stentdən sonra ən azı 1 il istifadə edilməlidir.

- Beta blokerlər

Beta blokerlər ürəyin iş yükünü azaldır, infarktın qarşısını almaq üçün istifadə olunur. Ritm pozğunluğunun müalicəsində də istifadə edilir.

- Xolesterolu azaldan dərmanlar (statinlər)

Xolesterinin səviyyəsini aşağı salmaqla yeni infarkt və ya insultun qarşısını almaq mümkündür.

- Koronar arter bypass əməliyyatı infarktın müalicəsi üçün də tətbiq edilə bilər.

Dərmanlar həkimin tövsiyə etdiyi kimi istifadə edilməli və həkim göstəriş vermədiyi təqdirdə müalicə dayandırılmamalıdır.

İnfarktın ilk saatlarında olunan doğru müdaxilə ürək əzələsinin zədələnməsinin qarşısını alır. Müalicənin ilk 60 dəqiqəsi "qızıl saat" adlanır.

Həyat tərzi dəyişikliyi ən azı dərmanlar və stentləmə proseduru qədər əhəmiyyətlidir.

İnfarktdan sonra qulluq və müalicə çox vacibdir. İkinci infarkt hər zaman daha böyük risk daşıyır. Bu səbəbdən xəstə evə buraxılmazdan əvvəl ətraflı risk qiymətləndirilməsi aparılır. /aztibb.az