Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki, Yerevan nəhayət, yeni reallıqla barışıb


Siyasət 24 Noy 2021 21:05:00 93 0

Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki, Yerevan nəhayət, yeni reallıqla barışıb

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə üçtərəfli görüşünün keçirilməsi faktı onu göstərir ki, Yerevan nəhayət yeni reallıqla barışıb. Bu baxımdan, görüşdən gözləntilər böyükdür.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşdə iştirakı irəliyə atılan nəhəng addımdır.

Son.az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, son onillikdə Ermənistan ölkənin zəif idarə olunması nümunəsini sərgiləyib və Soçidə üçtərəfli görüşdə iştirak uğursuz qərarlar silsiləsini qırmaq üçün şansdır.

"Ermənistan beynəlxalq hüquqa əməl etməlidir. Azərbaycanla sülh sazişi barədə razılığa gəlməli, ticarət və kommersiya sahəsində əməkdaşlıq üçün imkanları tədqiq etməlidir", - deyə ekspert bildirib.

O qeyd edib ki, gələcək görüş çox vacib siyasi məqama malikdir, belə ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının statuslarının müzakirəsi gözlənilir, bu isə regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Rusiyalı politoloq Andrey İvanov isə Trend-ə açıqlamasında deyib ki, bu görüş bu gün işlək olan müddəalara sadiqliyi təsdiq etməlidir.

"Görünən odur ki, Yerevan ənənəvi olaraq problemi unutdurmaq taktikasından istifadə etmək istəyirdi. Ermənistanın daxili siyasəti uzun illərdir ki, millətçi ritorikanın qızışdırılması üzərində dayanır. Amma daxili auditoriya üçün yaxşı olan amil beynəlxalq siyasətdə qəbul olunmur. Məğz etibarilə tənzimləmə prosesi çox yavaş gedir, amma bunu sürətləndirmək olar. Vacib olan odur ki, indi söhbət torpaqların işğalından, ərazi bütövlüyündən yox, regionda normal həyatın qurulması mexanizmindən gedir", - deyə politoloq vurğulayıb.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova öz növbəsində bildirib ki, Nikol Paşinyan Soçi görüşündən qorxur.

"Çünki görüş zamanı ermənilər üçün ən kəskin məsələlər müzakirə olunacaq. Ermənistan hər vəchlə görüşdən yayınmağa çalışırdı. Görüşdə toxunulacaq məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyası olacaq. Böyük ehtimalla, bu məsələ ilə daha fəal məşğul olacaq işçi qrupu yaradılacaq. Soçidə diqqətə alınacaq daha bir məsələ Zəngəzur dəhlizi ola bilər", - deyə o bildirib.

Maqnitafon oğruları saxlanıldı  FOTO like
  • 24 Noy 21:00  
Digərləri Maqnitafon oğruları saxlanıldı FOTO

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
2,5 milyonluq nikah üzüyü oğurlandı  FOTO like
  • 24 Noy 20:48  
Şou-biznes 2,5 milyonluq nikah üzüyü oğurlandı FOTO

Müğənni-bəstəkar Sinan Akçıl ilə evli olan aktrisa Burcu Kıratlının b

arrow Ətraflı
İrandan gələn yük maşınında narkotik aşkarlandı like
  • 24 Noy 20:42  
Digərləri İrandan gələn yük maşınında narkotik aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə

arrow Ətraflı
Qəbiristanlıqdan oğurluq edən dəstə saxlanıldı  VİDEO  FOTO like
  • 24 Noy 20:24  
Digərləri Qəbiristanlıqdan oğurluq edən dəstə saxlanıldı VİDEO FOTO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçiri

arrow Ətraflı
"İki dəfə asqırmadısa, o insan "xalq düşməni" olur" like
  • 24 Noy 20:00  
Digərləri "İki dəfə asqırmadısa, o insan "xalq düşməni" olur"

"Bizdə buna natamamlıq kompeksi deyilir. Biz toplum olaraq çalışırıq

arrow Ətraflı
Ən çox mükafatı onlar qazana bilər like
  • 24 Noy 19:54  
Şou-biznes Ən çox mükafatı onlar qazana bilər

"Gremmi" 2022-ci il seçimlərinə ən çox mükafata namizəd olan s

arrow Ətraflı
Çay evinin sahibi qəlyana görə cərimələndi  like
  • 24 Noy 19:48  
Digərləri Çay evinin sahibi qəlyana görə cərimələndi

Sabunçu rayonunda qəlyandan istifadəyə şərait yaradan çay evinin sahibi v

arrow Ətraflı
Nadir “çağırmayacam” dedi, Fatimə dəvətnaməni yaydı like
  • 24 Noy 19:24  
Şou-biznes Nadir “çağırmayacam” dedi, Fatimə dəvətnaməni yaydı

Bir müddətdir qalmaqal yaşayan müğənni Nadir Qafarzadə və rəqqasə Fati

arrow Ətraflı
Azad edilmiş ərazilərdə müasir sosial xidmətlər infrastrukturu qurulacaq  Nazir müavini like
  • 24 Noy 19:18  
Digərləri Azad edilmiş ərazilərdə müasir sosial xidmətlər infrastrukturu qurulacaq Nazir müavini

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun

arrow Ətraflı
“Şəkil qalmaqalı" hərbçi ilə ailə quran əməkdar artistin sözləri müzakirə doğurdu like
  • 24 Noy 19:12  
Şou-biznes “Şəkil qalmaqalı" hərbçi ilə ailə quran əməkdar artistin sözləri müzakirə doğurdu

Dünəndən etibarən Əməkdar artist Nigar Şabanovanın (Qaragözova) sosial

arrow Ətraflı
1516 noyabrda Laçın və Kəlbəcərlə bağlı dezinformasiya yayanlar cəzalandırıldı like
  • 24 Noy 19:10  
Digərləri 1516 noyabrda Laçın və Kəlbəcərlə bağlı dezinformasiya yayanlar cəzalandırıldı

Baş Prokurorluqda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərh

arrow Ətraflı
TARİX NADİR: İbn Sina özü də bir möcüzə idi like
  • 24 Noy 19:06  
Digərləri TARİX NADİR: İbn Sina özü də bir möcüzə idi

Tarixdə, xüsusilə fikir, düşüncə tarixində elə adlar var ki, biz dünya

arrow Ətraflı
"Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilib  FOTO like
  • 24 Noy 18:58  
Kriminal "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gən

arrow Ətraflı