Şəmkirdə yol qəzasında 2 nəfər xəsarət alıb


Digərləri 24 Noy 2021 21:35:00 137 0

Şəmkirdə yol qəzasında 2 nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 2 nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.