Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb


Kriminal 24 Noy 2021 21:45:00 183 0

Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində çay evlərinin birinin qarşısında qeydə alınıb.

1972-ci il təvəllüdlü Həsənov Kamil Şahvələd oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Hadisənin başvermə səbəbləri araşdırılır.