Bu əlamətlər varsa, deməli çörək yemək sizə düşmür


Digərləri 24 Noy 2021 21:54:00 106 0

Bu əlamətlər varsa, deməli çörək yemək sizə düşmür

Seliakiya xəstəliyi əhalinin 2-3%%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına səbəb olur.

Son.az xəbər verir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.

Seliakiya xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:

-İshal

-Qarın nahiyəsində şişkinlik

-Qarın ağrısı

-Ürəkbulanma

-Qusma

Seliakiya xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir

-Çəki və enerji itkisi

-İştahasızlıq

-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı

-Osteoparoz