Nadir “çağırmayacam” dedi, Fatimə dəvətnaməni yaydı


Şou-biznes 24 Noy 2021 19:24:00 140 0

Nadir “çağırmayacam” dedi, Fatimə dəvətnaməni yaydı

Bir müddətdir qalmaqal yaşayan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva barışıb.

Son.az olay-a istinadən xəbər verir ki, bu barədə Fatimə sosial şəbəkədə məlumat verib.

Belə ki, Nadir "Həmin Zaur" proqramında qonaq olarkən onu tənqid edən Fatiməni oğlunun toyuna çağırmayacağını desə də, Fətəliyeva instaqramda dəvətnamənin görüntüsünü paylaşıb.

Rəqqasə barışdıqlarını yazaraq dəvət üçün Nadirə təşəkkür edib:

"Bizim aramızı vura bilməzlər. Biz 20 ildir dostuq. Heç kimi sevindirə bilmərik. Dəvət üçün çox sağ ol, Nadir. Sevə-sevə iştirak edəcəm".