"İlin qadını" oldu


Şou-biznes 24 Noy 2021 17:36:00 153 0

"İlin qadını" oldu

Moskvada "Glamour" jurnalının təşkil etdiyi "İlin qadını" mükafatının təqdimetmə mərasimi baş tutub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, gecənin aparıcıları İvan Urqant, Olqa Şelest və Aleksandr Qudkov olub.

Mərasimdə "İlin qadını" aktrisa Çulpan Xamatova seçilib. O, bu mükafata "Qorbaçyov" tamaşasında və Kirill Serebrennikovun "Qripə tutulan Petrovlar" filmindəki rollarına görə layiq görülüb.

"İlin aktrisası" İrina Starşenbaum, "İlin rejissoru" Kira Kovalenko, "İlin müğənnisi" Rusiyanı "Avroviziya-2021"də təmsil etmiş Manija, "İlin müəllifi" Katerina Qordeyeva, "İlin kişisi" isə Yevgeni Çebatkov olub.