Almaniyada koronavirusa görə ictimai nəqliyyatda qaydalar sərtləşdirilib


Dünya 24 Noy 2021 16:24:00 134 0

Almaniyada koronavirusa görə ictimai nəqliyyatda qaydalar sərtləşdirilib

Almaniyada koronavirus pandemiyası ilə əlaqədar ictimai nəqliyyatdan istifadə qaydaları sərtləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu gündən etibarən ölkə ərazisində qatar, metro və avtobuslara yalnız COVID-19-dan sağalmış, mənfi test nəticəsi olan və peyvənd olunan şəxslər daxil ola biləcək.

Qeyd olunur ki, "Deutsche Bahn" dəmiryol şirkəti qatarlarda təsadüfi yoxlamalar keçirəcəyini elan edib. Bu prosesə şirkətin 4,2 min əməkdaşı cəlb olunacaq.

Yoxlama zamanı müvafiq QR-kod təqdim etməyən sərnişin növbəti stansiyada qatardan endiriləcək və müəyyən olunmuş məbləğdə cərimə olunacaq.