“Pişik Günel“ sirləri açdı: “...üstündən traktor keçmişdi”


Şou-biznes 24 Noy 2021 15:54:00 144 0

“Pişik Günel“ sirləri açdı: “...üstündən traktor keçmişdi”

"Guya zahiri görünüşləri təbiidir. Kimi aldatmaq istəyirsiz?! Əksəri Anna Vitaya (rus aktrisası - red.) oxşayır, əməliyyat etdirir, soruşursan ki, harada əməliyyat olmusan, and içib özünü öldürürr ki, mən elə anadangəlmə beləyəm".

Son.az xəbər verir ki, bunu Yenisabah.az-a müğənni Günel Ələkbərova (Pişik Günel) deyib. O, kosmetik əməliyyat etdirən müğənni həmkarlarının bunu gizlətməsini qınayıb. 

"Düşünürlər ki, ilahi gözəllikləri var. Halbuki şəxsən şahid olmuşam, burnunu plastik əməliyyat etdirən klinikadan çıxıb, ardınca mən əməliyyata girmişəm. Amma adamın üzünə durub yalan danışır, and içir, adam sadəcə şok keçirir. Kimi aldadırsan? İnsanların gözündən heç nə qaçmır, xalq hər şeyi görür. 

Əvvəllər qapıdan içəri adlayanda birinci çənə içəri girirdi, indi baxırsan yoxa çıxıb çənə. Yaxud sinəsi dümdüz idi, elə bil üstündən traktor keçmişdi, indi baxırsan nə boydadır! Mən hələ poposilinq, bodiliftinq edənləri demirəm. Sonra da ağız dolusu deyirlər ki, əməliyyat etdirməmişəm, anam məni belə doğub".

G.Ələkbərova əlavə edib: