Maaş və pensiya artımı bazarda qiymətlərə təsir edəcəkmi?


Digərləri 24 Noy 2021 14:54:00 141 1

Maaş və pensiya artımı bazarda qiymətlərə təsir edəcəkmi?

Gələn ilin dövlət büdcəsində minimum əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər artacaq. Bəs bu artımlar istehlak bazarında qiymətlərə təsir edəcəkmi?

Son.az Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələyə millət vəkili Musa Quliyev münasibət bildirib.

Deputat hesab edir ki, qiymət artımı sadəcə Azərbaycanla bağlı deyil. Onun sözlərinə görə, dünyada pandemiya ilə bağlı iqtisadi fəallıq aşağı düşüb.

Millət vəkili əlavə edib ki, qiymətlərin tənzimlənməsində müvafiq qurumlar da  öz sözünü deyəcək. Proqnoza əsasən, gələn il inflyasiya yarıbayarı azalacaq.