Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?


Digərləri 24 Noy 2021 13:42:00 118 0

Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Azərbaycan Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biridir. Türk lirəsinin ucuzlaşması Azərbaycan bazarı üçün yeni şərait formalaşdırır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxalı artıracaq:

"Lirənin ucuzlaşmasına fərdi istehlakçılarımız və idxalçılarımızın aspektindən baxsaq, Türkiyədən Azərbaycana idxal indiki halda cəlbedicidir. Hazırkı vəziyyətdə Türkiyədən aldığımız mallar daha ucuz başa gəlir. Bu səbəbdən də Türkiyədən Azərbaycana idxal artacaq", - R.Həsənov deyib.

R.Həsənovun fikrincə, lirənin ucuzlaşması fonunda Azərbaycandan ixrac azala bilər: