Bakıda tanınmış musiqiçi ilə cinsi əlaqəyə girən azyaşlı qız


Digərləri 24 Noy 2021 13:55:00 64 0

Bakıda tanınmış musiqiçi ilə cinsi əlaqəyə girən azyaşlı qız

Bakıda yetkinlik yaşına çatmayan qızla daimi görüşərək cinsi əlaqəyə girən Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Qədirov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Bu xəbəri də oxu: Asiya mətbəxinin inciləri

Son.az Publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Suada İsmayılovanın (şərti adlı) İlkindən əvvəl və sonra da müxtəlif şəxslərlə cinsi əlaqəyə girməsi, həmin şəxslərlə müxtəlif ünvanlarda görüşməsi məlum olub. Ona qarşı hər hansı zorakılığın olmadığını bildirən azyaşlı qız qanuni nümayəndəsinin iştirakı ilə baş vermiş hadisələrlə bağlı bunları deyib:

"İlkini 2018-ci il tarixdən tanıyıram, onunla Nərimanov rayonu ərazisində gəzintidə olarkən tanış olmuşam, mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Həm sosial şəbəkə, həm də, mobil telefonla əlaqə saxlayırdıq. İlk əvvəl İlkinlə dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq. Onunla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasam da, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər İlkinlə danışan zaman o, mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu təklif etsə də, həmişə onun təklifini rədd etmişəm. 27 iyul 2020-ci il tarixdə də mənə kiminsə evində görüşməyi təklif edəndə ilk öncə onun təklifini rədd etdim. Lakin israr etdiyindən onun təklifini qəbul etdim və 1 gün sonra onun tapdığı evdə onunla görüşməyə razılıq verdim. 28 iyulda Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən İlkinin dostu Faiqin kirayə yaşadığı evə getdik və qeyri-təbii yolla cinsi əlaqədə olduq. 06 yanvar 2021-ci il tarixədək dəfələrlə İlkinlə görüşərək cinsi əlaqədə oldum. Bundan başqa İlkinin xahişi ilə tanış olduğumuz müddətdə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişəm".

Məhkəmədə ifadə verən 2005-ci il təvəllüdlü qız İlkindən əvvəl bir musiqiçi ilə cinsi əlaqəyə girdiyini əlavə edib: "2019-cu ilin yay aylarında anam, xalam və xalam qızı ilə birlikdə Pirşağıda yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə gedərək orada qalmağa 3 günlük yer götürmüşdük. Orada E.S adlı musiqiçi (tanınmış musiqiçi olduğundan adını qeyd etmirik) istirahət mərkəzində müştəriləri əyləndirmək üçün skripka ifa edirdi. Orada onunla tanış oldum və bir-birimizə telefon nömrəmizi verrək "Whatshapp" proqramı vasitəsilə əlaqə saxlamağa başladıq. E.S mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Onun təklifi ilə "Sahil" metrosunun yaxınlığında dərs dediyi yerdə və studiyasında bir neçə dəfə görüşdük. Lakin dəfələrlə təklif etsə də, onunla cinsi əlaqədə olmadım. 2020-ci ilin mart ayının sonlarında danışan zaman E.S mənimlə görüşməsini təklif edəndə, onun təklifini qəbul etdim və "20 yanvar" metrostansiyasının yaxınlığında onunla görüşdük və yaxınlıqdakı binada yerləşən evə getdik və orada cinsi əlaqədə olduq. Bundan sonra onunla görüşmədim, həmçinin o məndən dəfələrlə pul istədiyinə görə onun nömrəsini qara siyahıya salıb uzaqlaşdım".

Yetkinlik yaşına çatmayan qız daha sonra bildirib ki, bu il 14 fevral tarixində Nərimanov rayonu ərazisində yerləşən restoranda Tural Hüseynov adlı şəxslə tanış olub. Həmin vaxt onunla birlikdə olan qonşusu Vəfa isə Turalla birgə olan Samir Hüseynovla tanış olub. Turalla müxtəlif yerlərdə və oteldə görüşdüyünü bildirən Suada rəfiqəsi və Samirlə birlikdə maşınla Astara və Lerikə getdiklərini qeyd edib. Suada bildirib ki, anası da restoranda və figər yerlərdə tanış tanış olduğu şəxslərlə dəfələrlə görüşüb.

Bundan başqa o, qeyd edib ki, evdə narazılıq yarandığı üçün anası ilə birlikdə Bakı şəhərindəki evi tərk edərək Xırdalana köçüb. Orada anası ilə dalaşdığı üçün Nərimanov rayonundakı otelə gedərək gecələyib oteldə Turalla görüşərək cinsi əlaqəyə girib.

Məhkəmədə zərərçəkən kimi tanınan və hazırda 16 yaşı olan qız bütün şəxslərlə könüllü cinsi əlaqəyə girdiyini, təqsirləndirilən şəxs olan İlkini sevdiyini və ona qarşı hər hansı tələbinin olmadığını, onun həbs edilməməsini xahiş edib.

İfadə verən Suadanın anası M.İsmayılova qızının qeyd edilən şəxslərlə münasibətinin olduğunu bildiyini, lakin onlarla görüşüb cinsi əlaqəyə girməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmə təqsirləndirilən İlkin Qədirovun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.

Son.az 

Hər yeri bazara çevirənlərlə mübarizə like
  • 24 Noy 13:54  
Digərləri Hər yeri bazara çevirənlərlə mübarizə

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsin

arrow Ətraflı
Qadını şantaj edərək pul tələb edən şəxs saxlanıldı like
  • 24 Noy 13:48  
Digərləri Qadını şantaj edərək pul tələb edən şəxs saxlanıldı

Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb.

arrow Ətraflı
Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? like
  • 24 Noy 13:42  
Digərləri Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Azərbaycan Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biridir. Tü

arrow Ətraflı
“Fatiməni oğlumun toyuna çağırmayacağam” like
  • 24 Noy 13:30  
Şou-biznes “Fatiməni oğlumun toyuna çağırmayacağam”

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl qalmaqal yaşadığı rəqqasə

arrow Ətraflı
Azərbaycanda tanınmış həkim 42 yaşında like
  • 24 Noy 13:18  
Digərləri Azərbaycanda tanınmış həkim 42 yaşında

Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib. 

arrow Ətraflı
Azərbaycan Laçın yolu ilə bağlı like
  • 24 Noy 13:17  
Siyasət Azərbaycan Laçın yolu ilə bağlı

"Paşinyan yenə çərənləyib ki, Ermənistan ərazisi boyunca nəqliyyat

arrow Ətraflı
Qarabağda günəş elektrik stansiyasının tikinti layihəsi üzrə işlər davam edir like
  • 24 Noy 13:15  
Digərləri Qarabağda günəş elektrik stansiyasının tikinti layihəsi üzrə işlər davam edir

Hazırda Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektr

arrow Ətraflı
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edildi like
  • 24 Noy 13:12  
Digərləri Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilə

arrow Ətraflı
Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq like
  • 24 Noy 12:54  
Dünya Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq

Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət ba

arrow Ətraflı
Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib like
  • 24 Noy 12:51  
Digərləri Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tər

arrow Ətraflı
Gitarası 625 minə satıldı like
  • 24 Noy 12:48  
Şou-biznes Gitarası 625 minə satıldı

Dünyaca məşhur musiqiçi Erik Kleptonun gitarası Nyu-Yorkda təşkil olunan

arrow Ətraflı
Yayım günü dəyişdirildi like
  • 24 Noy 11:30  
Şou-biznes Yayım günü dəyişdirildi

"Star" telekanalında yayımlanan "Benim hayatım" serialın

arrow Ətraflı
Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır like
  • 24 Noy 11:27  
Digərləri Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır

"Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini

arrow Ətraflı