Azərbaycanda tanınmış həkim 42 yaşında


Digərləri 24 Noy 2021 13:18:00 209 0

Azərbaycanda tanınmış həkim 42 yaşında

Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib. 

Son.az oxu.az-a istinadən bildirir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.

Həkim son olaraq 2015-ci ildən işə başladığı Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

Qeyd edək ki, A.Əkbərov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 2014-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.

Son.az