ABŞda brend mağazalarda qeyriadi soyğun


Dünya 24 Noy 2021 11:24:00 257 0

ABŞda brend mağazalarda qeyriadi soyğun

ABŞ-da qeyri-adi soyğunçuluq dalğası qeydə alınıb - kütlə mağazaya axışır, rəflərdəki malları sözün əsl mənasında silib-süpürür, qənimətlərini avtomobillərə yığıb tez cinayət yerindən yoxa çıxırlar.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, belə bir basqının son hədəflərindən biri Kaliforniyadakı böyük Nordstrom univermağı olub.

Belə ki, ilkin hesablamalara görə, təxminən 80 nəfər içəri soxularaq iki mağaza işçisinə hücum ediblər, onların gözlərinə bibər qazı sıxıblar. Bundan sonra həmin şəxslər malları götürüblər və avtomobillərlə naməlum istiqamətə gediblər.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, polis hadisəni "mütəşəkkil oğurluq" adlandırıb və bir sıra mağazaların koordinasiyalı quldur qrupları tərəfindən hədəf alındığını təsdiqləyib.

"Oğrular "Louis Vuitton", "Burberry" və "Bloomingdale's", "Yves Saint Laurent" kimi brend mağazaları qarət ediblər.

Polis bəzi mağazalarında oğurluğun qarşısını ala bilib.