Gürcüstanın futbol klubunun prezidenti


Dünya 23 Noy 2021 23:27:00 159 0

Gürcüstanın futbol klubunun prezidenti

Gürcüstanın "Zestafoni" futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

Son.az "Report"a istinadən bildirir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Qeyd edək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə - Kilimancaroya qalxıb.