Salyan rayon sakini ürəyindən bıçaqlanıb


Digərləri 23 Noy 2021 22:49:00 132 0

Salyan rayon sakini ürəyindən bıçaqlanıb

Salyanda 29 yaşlı kişi qətlə yetirilib. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Babazanlı kəndində qeydə alınıb. Münaqişə zəminində Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Nəzirov Tural Əsgərağa oğlu həmyerlisi 1992-ci il təvəllüdlü Səbuhi Sərdar oğlu Qasımovu ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.